YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin qurtuluş missiyası

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ən ağır günlərini yaşayırdı. Birinci Qarabağ müharibəsində böyük itkilər, hərbi uğursuzluqlar, iqtisadi tənəzzül, dövlət rəhbərliyindəki çəkişmələr xalqın səbir kasasını daşdırdı. Azərbaycan höküməti xalq arasındakı dayaqlarını itirmişdi. İyunun 4-də Surət Hüseynovun rəhbərliyi altında Gəncə şəhərindəki ordu hissələri qiyam qaldırmışdı. O dövrkü hakimiyyətin səriştəsizliyi və iradəsizliyi ucbatından bu qiyam getdikcə daha geniş miqyasda yayılaraq vətəndaş müharibəsi xarakteri almışdı.

Daşnakların Böyük Ermənistan yaratmaq niyyətləri, Azərbaycanı qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Gəncədə qardaş qanı tökülmüşdü. Bakı yaxınlığında Navahı kəndində vətəndaş müharibəsinin ilk günləri atılmışdı.

Özünün zəifliyini hiss edən Respublika rəhbərliyi xalqın təkidi və tələbi ilə o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik edən Ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə, dünya miqyaslı böyük siyasi xadim Azərbaycana yenidən hakimiyyət başına gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə hadisələrin gedişində həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.

Ona görə 1993-cü ilin iyunun 15-ni Qurtuluş Günü adlandırırıq ki, Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik., mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və çətindir. Qüdrətli və mökəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Dövləti olmayan xalq ölümə məhkumdur.

Ulu öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi zidiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!

Azərbaycan dövlətçiliyi ona qarşı ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ulu öndər Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.