YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Masallı rayon təşkilatı gənc partiya fəalları və qazilərin iştirakı ilə tədbir keçirib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında gənc partiya fəalları və qazilərin iştirakı ilə tədbir keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, 30 il əvvəl işğal olunan ərazilərimizin azad edilməsi gənc nəslin də müəyyənləşdirdiyi əsas vəzifələrdən biri idi. Prezident İlham Əliyevin güclü Lider kimi hər zaman dövlətçilik maraqlarını ən ali səviyyədə müdafiə etməsi gənc nəsil üçün əsl nümunə olub. Bu mənada əminliklə söyləmək olar ki, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir.

Gənc fəallar Elvira Soltanlı, Səməd Zeynallı və başqaları çıxışlarında ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıblar.