YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Brüsselə səfəri ərəb KİV-in diqqət mərkəzində olub

Ərəb ölkələrinin nüfuzlu telekanalları və qəzetləri Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlər haqqında reportaj və xəbərlər yayımlayıb.

Qətərin “Əl Cəzirə”, habelə “Əl Ərəbiyə” telekanalları, Səudiyyə Ərəbistanının “Əl Riyad”, “Məkkə, Misirin “Əl Əhram” və ”Şuruq” qəzetlərində Brüsseldə aparılan danışıqlar və Şarl Mişelin mərbuat konfransı barədə geniş məlumat verilib. Reportaj və xəbərlərdə diqqətə çatdırılıb ki, Brüsseldə Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə doğru daha bir mühüm addım atılıb, sərhədlərin delimitasiyası üzrə komissiyaların yaradılması, kommunikasiyaları açılması barədə razılıq əldə olunub.