YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nyu-Yorkda Azərbaycan icmasının üzvlərinin iştirakı ilə ənənəvi Türk paradı keçirilib

Nyu-Yorkda türk mədəniyyətinə və ənənələrinə həsr edilmiş illik Türk paradında Türkiyə və türk icmalarının minlərlə üzvü iştirak edib.

Türkiyə Prezidenti yanında ictimaiyyətlə əlaqələr idarəsinin dəstəyi və koordinasiyası ilə təşkil edilmiş 39-cu illik paradın iştirakçıları əllərində Amerikanın, Türkiyənin və digər türk dovlətlərinin bayraqlarını tutaraq Medison-avenyuda mahnı oxuyub, rəqs ediblər.

Müxtəlif qeyri-hökumət və diaspor təşkilatlarına məxsus avtomobillər dəstəsi də bu prospektə yönəlib. Tədbirin təşkilatçılarının sözlərinə görə, bu paradda təqribən 5000 nəfər iştirak edib.

Türkiyə Prezidenti yanında ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun parad iştirakçılarına video-müraciətində deyib ki, bu cür tədbirlər türk xalqının birliyinin və həmrəyliyinin rəmzidir.

Paradda Türkiyənin ABŞ-dakı səfiri Həsən Murat Mərcan, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Türkiyənin BMT-dəki nümayəndəsi Feridun Sinirlioğlu, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür iştirak edib. Nyu-York meri Erik Adams Daq Hammarşeld meydanında görüş iştirakçılarına qoşulub. Bir gün əvvəl bu bayramın şərəfinə Uoll-stritdə Türkiyə bayrağı qaldırılıb.

Türk paradı keçirilməsi ənənəsi ASALA erməni terror təşkilatı tərəfindən türk diplomatlarının qətlə yetirilməsinə etiraz əlaməti olaraq yaranıb. Sonradan bu yürüşün əsas məqsədi türk xalqlarının mədəniyyətini təbliğ etməkdir.