YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şəhid Qənbər Qənbərlinin xatirəsi anılıb

Tərtər rayonunda Vətən müharibəsi şəhidi Qənbərli Qənbər Bəhruz oğlunun ildönümü mərasimi olub.

Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, kənd sakinləri və din xadimləri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərinə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.

Şəhid Qənbər Qənbərlinin qısa və şərəfli döyüş yolundan, onun Vətən müharibəsində göstərdiyi şücaətdən danışılıb.

Sonra tədbir iştirakçıları şəhidin əziz xatirəsinə açılan ehsan süfrəsinə qatılıblar.

Qeyd edək ki, şəhid Qənbər Qənbərli 2020-ci il sentyabrın 27-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Uzun müddət nəşi tapılmayıb.

2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, o, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.