YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qəhrəman Şahlar Şükürovun anadan olmasının 70 illiyinə həsr olunan tədbir keçirilib

R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun anadan olmasının 70 illiyinə həsr olunmuş “Vətən sağ olsun!” adlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhid ailələri və Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.

Çıxış edənlər xalq yolunda vətən üçün canını qurban vermiş, bu yolda öz qanları ilə adlarını şəhidlik zirvəsinə yazanların şərəfli döyüş və ömür yolunu gənclərə nümunə göstəriblər.

Sonda Milli Qəhrəmanın qardaşı, Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar həkim Malik Şükürov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.