YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göygöl rayon təşkilatında birinci “Rəqəmsal İdeya Müsabiqəsi”nə vəsiqə qazanmış yaradıcı gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatında YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə həyata keçiriləcək birinci “Rəqəmsal İdeya Müsabiqəsi”nə vəsiqə qazanmış göygöllü gənclərlə görüş baş tutub.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan müsabiqədə iştirak edəcək partiya gəncləri Novruzzadə Sərdar İbrahim oğlu, Novruzzadə Günay Zahid qızı və Abbasova Nərmin Akif qızı ilə səmimi söhbət aparıb, onlara uğurlar arzu edib.

İnnovativ yanaşmaları ilə fərqlənən gənclər komanda yarışlarında öz bilik və bacarıqlarından istifadə etməklə yüksək nəticələr əldə edəcəklərinə əminliklərini bildiriblər.

Xatırladaq ki, mayın 19-da Bakı şəhərində keçiriləcək Birinci “Rəqəmsal İdeya Müsabiqəsi”ndə iştirakçılar xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparacaqlar.