YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə rayon ictimaiyyəti nümayəndələri, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov diqqətə çatdırıb ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli dövlət xadimi ulu öndər Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərib. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb.

Digər çıxışçılarda Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan və müstəqil Azərbaycan dövlətinin dünyaya tanıdılmasından, görkəmli şəxsiyyətin siyasi, ideoloji və rəhbərlik bacarığından bəhs edilib.

Sonda YAP Laçın rayon təşkilatı, Laçın rayon Təhsil şöbəsi, Laçın rayon Gənclər və İdman İdarəsi və Laçın Rayon Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda ümumrayon müsabiqəsinin bədii qiraət və idman nominasiyalarinin qalibləri mükafatlandırılıb. Qaliblərə YAP Laçın rayon təşkilatının fəxri fərmanı və hədiyyələr təqdim edilib.