YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məktəblilər arasında şahmat birinciliyinə start verilib

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı və Ağcabədi rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məktəblilər arasında şahmat birinciliyinə start verilib.

Turniri Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru, YAP ərazi təşkilatının sədri Rauf Musayev açaraq yarışın keçirilmə qaydası barədə idmançılara məlumat verib, yarış iştirakçılarına uğurlar arzulayıb.

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Nazim Bünyatov tədbirdə çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri barədə söz açmış, onun əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim uca tutulmasını vurğulamış, Respublikanın hər yerində olduğu kimi Ağcabədi rayonunda da  Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər, yarış və müsabiqələr keçirildiyini qeyd edib.

N.Bünyatov yarış iştirakçılarına uğurlar arzulamış və yekunda qaliblərin YAP Ağcabədi rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacağını  diqqətə çatdırıb.