YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artıq Zəngilanın yeni dönəmi başlayır

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Zəngilan rayonu Azərbaycanın digər dövlətlərlə sərhəddi olan rayonlardan biridir. Zəngilanın özəlliyi ondadır ki, o yalnız bir dövlətlə deyil, həm İran İslam Respubilkası həm də Ermənistanla sərhəddə yerləşir və xüsusi strateji əhəmiyyət kəsb edir. İşğaldan azad olunmuş rayonlar içərsində bu fərqliliyi nəzərə alınaraq cənab Prezident tərəfindən 4 may 2022-ci il tarixində Zəngilan rayonu üzrə xüsusi nümayəndə təyin edildi və həmin nümayəndəyə görülməli işlər barədə tövsiyyə və tapşırıqlar verildi.

Prezident ilham Əliyev Ermənistanın işğal faktını aradan qaldırdıqdan dərhal sonra, ermənilərin viranəyə çevirdikləri yaşayış məntəqələrini mümkün qədər tez və müasir dövrün tələbinə uyğun, dünyaya nümunə ola biləcək şəkildə bərpa və yenidən qurulmasını bir vəzifə olaraq qarşıya qoymuşdur. Bildiyimiz kimi Ermənistan hökümətinin sponsorluğu ilə Zəngilan rayonunun ərazisinə  dünyanın ayrı-ayrı yerlərindən erməni ailələri köçürülərək  xeyli sayda qeyri-qanuni məskunlaşma siyasəti aparılmışdı və onlarda belə bir əminlik yaradılmışdır ki, bu ərazilər əbədi olaraq onlara məxsus olacaqdır. Qeyri-qanuni məskunlaşma siyasətinin ən çox Zəngilanda aparılmasının bir göstəricisi onda idi ki, Qərbi Zəngəzur keçmiş sovet rəhbərliyi tərəfindən Ermənistana birləşdirildikdən sonra Zəngilan rayonu Ermənisdanla sərhəd rayonuna çevrilmişdi. Ona görə də Ermənilər bu ərazilərdə süni erməni əhali yaratmaqla beynəlxalq aləmə burada ermənilərin yaşaması faktını nəzərə almağı diqtə etmək məqsədini güdürdülər. Digər tərəfdən qeyri-qanuni məskunlaşmanın bu ərazidə aparılması daha asan idi. Həmin ərazilər Ermənistanla sərhəd olduğundan, köçürülən erməniləri asanlıqla inandırmaq mümkün olmuşdu.

44 günlük Vətən müharibəsinin nəticəsində ermənilərin xam xəyyaları iflasa uğradı. Cənab Prezidentin apardığı ardıcıl və məqsədyönümlü siyasət nümayiş etdirdiyi qətiyyətli mövqe, yaradılmış qütrətli Ordu və xalqımızın Prezident İlham Əliyevin ətrafında birliyi hesabına torpaqlarımız, o cümlədən Vətənimizin dilbər güşələrindən olan Zəngilan rayonu işğaldan azad edildi, qeyri-qanuni məkunlaşdırılmış erməni tör-töküntüləri ərazimizdən qaçıb getməli oldular. Artıq Zəngilanın yeni dönəmi başlanır, infrastruktur layihələri uğurla davam etdirilir. Cari ilin sonuna qədər Zəngilan Hava Limanının  tikilib istifadəyə verilməsi nərəzdə tutulmuş, Bakı ilə Naxcıvanı birləşdirəcək dəmir yol xəttinin tikintisi davam etdirilir, yeni avtomobil yolları çəkilir, elektrik stansiyaları qurulur, rabitə və diğər kommunikasi layihələri uğurla icra olunur. Zəngilan rayonunun Ağalı qəsəbəsində yeni ağıllı kənd pilot layihəsi uğurla həyata keçirilir.

Yerləşdiyi coğrafi şəraitə görə Zəngilan rayonu beynəlxalq kommunikasiyaların qovşağına çevriləcək və malik olduğu təbii zənginlik Zəngilanı iqdisadi inkişaf sahəsində qabaqcıl rayonlardan biri səviyyəsinə yüksəldəcək.

Ən başlıcası Prezident İlham Əliyevin sərgilədiyi siyasi iradə və qətiyyətli mövqeyidir. Çox keçməz Zəngilanın timsalında işğaldan azad edilmiş, əsarətdən qurtulmuş qədim yurd yerlərinə soydaşlarımızın qayıdışı prosesinin şahidi olarıq.