YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev  qeyd edib ki, yüksək liderlik keyfiyyətlərinə malik olan ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimiz və suverenliyimizə qarşı yönəlmiş mövcud və potensial təhlükələri aradan qaldırdı. Unikal strateji baxış sərgiləyərək Azərbaycanın biri-birilərini riyazi dəqiqliklə tamamlayan mərhələləri əhatə edən milli inkişaf strategiyasını müəyyənləşdirdi. Əsas komponentlərini sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması və milli ordu quruculuğunun təşkil etdiyi unikal inkişaf strategiyası ölkənin davamlı uğurlarını və milli təhlükəsizliyimizin ən vacib məsələsinin həll olunmasını təmin etdi.

Tədbirdə çıxış edənlər Lənkəran Regional Mədəniyyət ərazi partiya təşkilatının sədri Şahin Şahbazov, Zövq İKF ərazi partiya təşkilatının sədri Fəxrəddin Canıyev bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması xalqımızın sosial, siyasi və iqtisadi həyatında böyük irəliləyişlərə səbəb olub. YAP-ın fəaliyyətində əsas və yeganə yol demokratiya yoludur.

Daha sonra müzakirə formatında davam edən görüşdə tədbir iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib.