YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə "Sərrast atıcı-2022" yarışmasına start verilib

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı, Azərbaycan Atıcılıq Federasiyasının və Salyan rayon Gənclər İdman İdarəsinin və birgə təşkilatçılığı ilə güllə atıcılığı üzrə "Sərrast atıcı-2022" yarışmasına start verilib.

Öncədən Salyan şəhəri və yaxın ətrafda yerləşən məktəblərdən atıcılığa həvəsi olan yeniyetmələr seçilmiş, onlarla YAP Salyan rayon təşkilatının inzibati binasında görüş keçirilib.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Elmar Əhmədov deyib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə demək olar ki, hər gün qarşılaşırıq. Yəni, dövlət idmana, idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar.

Salyan rayon  Gənclər İdman İdarəsinin rəisi Araz Hüseynov tədbirin əhəmiyyətindən və Azərbaycan Atıcılıq Federasiyasının Salyan rayonu üzrə məşqçi-təlimatçısı İlkin Əhmədli idman atıcılığının faydalarından danışıb.

Tədbirdə bildirilib ki, belə bir yarışın keçirilməsində məqsəd Atıcılıq idman növünün inkişafı və kütləviliyinin artırılması, yüksək potensiallı atıcılar aşkar edilərək həvəsləndirilməsi, yeniyetmələrin asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə nail olmaqdır. Bundan sonra gündəlik məşq qrafikləri təyin olunmuş, yeniyetmələr tirdə silahla təhlükəsiz davranış və atış qaydaları izah olunub.