YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan mini futbol üzrə rayon turniri keçirilir

Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol üzrə rayon turnirinə start verilib.

Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib.   

Tədbiri giriş sözü ilə açan Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli mini futbol turnirində rayonda fəaliyyət göstərən təşkilat və müəssisələri təmsil edən 8 komandanın iştirak edir.

O Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətindəki gənclər siyasətindən danışıb, ölkəmizdə idmana göstərilən dövlət qayğısının prioritet təşkil etdiyini vurğulayıb.

Sonra tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin həyatından və Azərbaycan naminə olan misilsiz siyasi fəaliyyətindən geniş bəhs edərək bildirib ki, hazırda Azərbaycanda futbola dövlət səviyyəsində böyük dəstək var və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə təşkil olunan turnir də bunun növbəti sübutudur.

Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.

Qeyd edək ki, Ümummili Liderin xatirəsinə həsr olunan mini futbol turniri 3 gün davam edəcək və sonda qalib gələn komandaya kubok və pul mükafatı təqdim olunacaq.