YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Dövlətimiz tərəfindən işğaldan azad olunmuş ərazilərin inkişafı ilə bağlı bütün addımlar atılır

Prezident cənab İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndənin təyin etməsi ölkə başçısının işğaldan azad olunmuş torpaqlara xüsusi diqqətinin göstəricisi olmaqla yanaşı,  bu torpaqlarda həyata keçirilən işlərin və qarşıya qoyulmuş hədələrin çevik və keyfiyyətli  icrası baxımından əhəmiyyətlidir. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki,  30 illik işğal müddətində Zəngilanın bütün kəndləri ilə yanaşı tarixi-dini abidələri də Ermənistan işğalçı qüvvələri tərəfindən yerlə - yeksan edilmişdir. Əlbətdə bu fakt bir daha erməni vandalizminin bariz sübutudur: “Artıq Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası prosesi başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur.”              

Bu gün Azərbaycan dövlətinin prioritet hədəflərindən biri tezliklə keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıtmasıdır. Bu mənada Zəngilan rayonu xüsusilə fərqlənir. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. İlk  pilot layihə Zəngilan rayonunun  Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur və qısa zamanda böyük və rahat kənd olacaq – deyən Sədaqət Vəliyeva əlavə edib ki,    Zəngilan ərazisi böyük beynəlxalq əhəmiyyətə malikdir ki, bu mənada Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq. Son dövrlərdə Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin sayı və yüklərin həcmi xeyli artmışdır. Eyni zamanda Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Bu səbəbdən Zəngəzur dəhlizi istər ölkəmiz üçün istərsə də qonşu dövlətlər üçün bir çox əlavə imkanlar yaradacaq: “İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin tərəfindən təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişafa hesablanmış bütün addımlar atılmaqdadır. Bu istiqamətdə bütün güclər səfərbər olunub  və dövlətimiz mümkün olan hər şeyi edir.”