YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilir

Saleh Məhərrəmov 

YAP Oğuz rayon təşkilatının sədri 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Qəbulda Prezident İlham Əliyevin qeyd etdiyi kimi Zəngilan rayonunda böyük infrastruktur layihələrinin icra edilir. Xüsusən yaxın vaxtlarda Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunun, çox funksiyalı Zəngilan Beynəlxalq Hava Limanının istismara veriləcəyi, Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrəcək. Coğrafi vəziyyətin nəzərə alınmaqla bu hava limanı işğaldan azad edilmiş ərazilərdə Füzulidən sonra ikinci hava limanıdır. Zəngilan hava limanının ölkəmizin iqtisadi, nəqliyyat və həm də təhlükəsizliyi ilə bağlı məsələlərin həllində böyük önəm daşıyır. 

Bu gün dünyanın müxtəlif ölkələrdən olan bir çox ekspertlərin böyük siyasi, iqtisadi əhəmiyyət verdiyi bu beynəlxalq səviyyəli loqistik layihə; Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə bərabər, beynəlxalq yükdaşımaları üçün beynəlxalq səviyyəli yeni bir yol olacaqdır. 

Möhtərəm Prezidentin qəbulda qeyd etdiyi kimi, işğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Zəngilandan keçməklə Cəbrayıla birzolaqlı kənd tipli bir yol çəkmək fikrində idilər. Onların bu ümidləri digər bütün ümidləri kimi gözlərində qaldı. Azərbaycan isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkir. Məhz bu yoldan istifadə etməklə həm beynəlxalq yükdaşımalar, həm də vətəndaşlar Cəbrayıl rayonuna, eləcə də rahat şəkildə Horadiz-Zəngilana, Zəngilan-Qubadı, Qubadlı-Laçın marşurutu ilə hərəkət etmək imkanı əldə ediblər. Göstərilən sonuncu yol infrastrukturu isə Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. 

Yeni çəkilən yol əlverişli marşrutla keçir və yolboyunca yol infrastrukturu həm məsafə baxımından daha əlverişli olmaqla, həm vətəndaşlar bu yolla rahat gedib-gələcəklər və beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaqdır

Bildiyimiz kimi işğaldan azad olunmuş ərazilərdə yaradılan və inşa edilən bütün infrastruktur layihələr təsdiq edilmiş planlar əsasında həyata keçirilir. Qəbulda məlum oldu ki, həm vətəndaşlar, həm də beynəlxalq yük göndərənlər üçün çox əlverişli dəmir yolu infrastrukturu hesab olunan Horadiz-Ağbənd hissəsi yaxın vaxtlarda istifadəyə veriləcəkdir.