YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda şəhid milli qəhrəmanlar anılıb

Goranboy rayonunda Birinci Qarabağ müharibəsi şəhidləri, milli qəhrəmanlar Aslanov Nizyazi Şərəfxan oğlunun, Əliyev Yunis Əsgər oğlunun, Hacıyev Fikrət Əli oğlunun anım günlərində xatirələri yad edilib.

Anım mərasimlərində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, partiya fəalları, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim zamanı şəhidlərin əziz xatirələri ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.