YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi hər birimiz üçün qürurverici hadisədir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Öz uzaqgörənliyi, misilsiz fəaliyyəti ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərin təməlini qoyan müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev  hər zaman  dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı vahid ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə çağırıb və  bu  birliyin, həmrəyliyin möhkəmləndirilməsinə nail olmuşdur.

Məlum olduğu kimi Dünya Azərbaycanlılarının I Qurultayı  2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.

Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.

2001-ci il noyabrın 9-da, qurultayın ilk iş günündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev geniş nitq söyləmişdir. O, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir. Ulu öndər Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söyləmişdir. Dünya azərbaycanlılarının I qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti  olunmuşdur.

Bu gün ata vəsiyyətini, xalqa verdiyi bütün vədi yerinə yetirən Prezident cənab İlham Əliyev Ulu öndərimzin möhtəşəm siyasi kursunu dövrün tələblərinə uyğun olaraq  uğurla davam etdirir.

Hər beş ildən bir dünya azərbaycanlılarının qurultaylarının ənənəvi olaraq keçirilməsi diaspor quruculuğu sahəsində görülən işlərin təqdimatı kimi dəyərləndirilir. 2006-cı il martın 16-da ll, 2011-ci il iyulun 5-6-da lll, 2016-cı il iyunun 3-4-də lV qurultayların keçirilməsi də deyilənlərin təsdiqidir. Hər bir qurultayda Prezident İlham Əliyev  Azərbaycanın keçdiyi inkişaf yolunun uğurlarından, qarşıda duran vəzifələrdən ətraflı söhbət açır, Azərbaycan həqiqətlərini, o cümlədən bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırırdı.

Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı Müəzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində artıq ərazi bütövlüyünü təmin edib. Bildiyimiz kimi, Dünya Azərbaycanlılarının V Qurultayı Qarabağın tacı, Türk dünyasının mədəniyyət paytaxtı  Şuşada keçiriləcək. Bu tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Şuşada bir araya gələcək həmvətənlərimiz bu məkandan birliyimizi, həmrəyliyimizi dünyaya bəyan edəcək, tarixi Zəfərimizin rəmzi olan dəmir yumruğun gücümüzün təqdimatı olduğunu bir daha nümayiş etdirəcəklər.

Dünya azərbaycanlılarının Şuşada toplanması Prezidentimiz cənab İlham Əliyevin “Şuşa, sən bizimsən” fikrini bir daha təsdıq edir və eyni zamanda bu dünya ictimaiyyətinə də bir mesajdır ki, baxın Şuşa artıq dünya azərbaycanlılarının mərkəzinə çevrilib. Qarabağ Azərbaycandır! Şuşa  Azərbaycan torpağıdır.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün dünyanın ən sayılıb-seçilən, qüdrətli dövlətlərindən birinə çevrilib. Cənab İlham Əliyevin rəhbərliyi altında görülən möhtəşəm işlər dövlətimizin nurlu sabaha qovuşmasına, xalqımızın daha xoşbəxt və firavan yaşamasına xidmət edir. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi hər birimiz üçün nəinki arzuolunan, həm də qürurverici faktdır.

Dünya Azərbaycanlılarının V Qurultayı bütün dünyada yaşayan soydaşlarımızın Qarabağın azad olunmasından sonra ilk böyük görüşü kimi də tarixə düşəcək