YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda şəhid Nurlan Əbilovun xatirəsi anılıb

Masallıda 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Əbilov Nurlan Fərrux oğlunun xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, “Şərəfə” ərazi partiya təşkilatının sədri Valeh Seyfullayev və YAP fəalları Masallı rayon Şərəfə kəndindən olan Vətən müharibəsi Şəhidi Əbilov Nurlan Fərrux oğlunun ildönümü münasibəti ilə məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Həmçinin ziyarətçilər və Şərəfə kəndində yerləşən şəhidlər abidəsini də yad ediblər.

Daha sonra şəhidin  ailəsi ziyarət olunub. Nurlan Əbilovun qısa və şərəfli ömür yolundan bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhid ailəsi göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.