YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Örl Litzenberqer: ABŞ Azərbaycanın dostu kimi kömək etməyə həmişə hazırdır

ABŞ Azərbaycanın dostu kimi sülhə nail olmaq və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.

Bu fikirləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer martın 19-da səfirlikdə “açıq qapı” günü adı altında təşkil edilən tədbirdə söyləyib.

Səfir bildirib ki, biz 30 ildir Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizliklə bağlı məsələlərdə birə fəaliyyət göstəririk.