YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda ABŞ-Azərbaycan diplomatik əlaqələrinə həsr olunmuş “Açıq qapı” günləri keçirilir

ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünü qeyd etmək və gələcək 30 illik tərəfdaşlığa nəzər salmaq məqsədilə, ABŞ-ın Bakıdakı səfirliyi azərbaycanlı universitet tələbələri və media nümayəndələri üçün “Açıq qapı” günü adı altında tədbir keçirir.

Tədbirdə səfirliyin təşkilatçılığı ilə ABŞ-Azərbaycan əməkdaşlığını və onun gələcək imkanlarını özündə əks etdirən sərgi nümayiş olunur.

“Açıq qapı” günündə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer də iştirak edir.

Tədbir iştirakçıları ABŞ hökumətinin mübadilə proqramları və xaricdə təhsil üçün digər imkanlar, habelə səfirliyin Bakıda və Azərbaycanın digər altı şəhərində fəaliyyət göstərən Amerika Guşələri şəbəkəsindəki mövcud resurslarla tanış olacaqlar.