YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda şəhid Ceyhun Talıbzadənin xatirəsi anılıb

Salyanda 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Talıbzadə Ceyhun Aqil oğlunun xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və partiya fəalları, Salyan rayon Gənclər İdman İdarəsinin rəisi Araz Hüseynov və əməkdaşları şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Ziyarətçilər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Ceyhun və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər.