YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsi anılıb

Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun 40 yaşının tamam olması ilə əlaqədar “Media şəhidləri parkı”nda anım tədbiri keçirilib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid jurnalist Məhərrəm İbrahimovun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə 9-10 aprel 2022-ci il tarixlərdə Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov adına Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat məktəbində Quba Rayon Gənclər və İdman İdarəsi və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turnirinin qalibləri də mükafatlandırılıb.