YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıllıda şəhid ailələri ziyarət olunub

İsmayıllı rayonunun Kürdmaşı kəndində şəhid ailələri ziyarət olunub. Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının nümayəndələri, kənd icmasının fəalları əvvəlcə kəndin mərkəzində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra kənd qəbristanlığında uyuyan qəhrəmanların məzarları ziyarət olunub. Tədbir çərçivəsində şəhid Fərid Əliyevin ev muzeyi ziyarət edilərək rayon təşkilatının hədiyyəsi təqdim olunub.

Şəhid ailəsi göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Kürdmaşı kənd könüllülərinin təşəbbüsü ilə yaradılan kompleksdə Cəfərov Asif Novruz oğlu, Həsənov Ceyhun Ağasəf oğlu, Məmmədov İlqar Ərziman oğlu, İsgəndərov Canpolad Ələsgər oğlu, Baxışov Arif Baxış oğlu, Əhədov İnqilab Əlhümbət oğlu, Əliyev Fərid Hamlet oğlu, Ağazadə Emin Valeh oğlunun xatirəsi əbədiləşdirilib.