YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Vüsal Allahverdiyevin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalları və Şuşa rayon 10 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhid Vüsal Tahir oğlu Allahverdiyevin ailəsini ziyarət ediblər.

Görüşdə Vüsal Allahverdiyevin qısa və şərəfli ömür yolundan bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.