YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Mədəniyyət elm, sənət əxlaq deməkdir” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı 37 nömrəli ərazi partiya təşkilatı, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Mədəniyyət evi və Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Mədəniyyət elm, sənət əxlaq deməkdir” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə artıq Şuşa şəhərində tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər görülməkdədir. Şuşa yenidən mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək.

Bədii hissədə Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Şuşanın dağları” instrumental ansamblının müşayiəti ilə konsert baş tutub.