YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Quba rayonunda şəhid Ürfan Məmmədovun xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən Quba rayon Çartəpə kənd şəhidi Məmmədov Ürfan Çingiz oğlunun ailəsini ziyarət ediblər.

Görüş zamanı YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Quba rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Fidan Hüseynova belə qəhrəman oğul böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkür etdi və YAP Quba rayon təşkilatı tərəfindən şəhid ailələrinə daim diqqət və qayğı göstəriləcəyini bildirdi.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib və ən xoş arzularını çatdırıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Ürfan Məmmədov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.