YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bundan sonra da gələcəyə böyük inkişaf addımları ilə irəliləyəcək

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Bir dövlətin mövcudluğu, onun milli maraqlarının təmin olunması və hərtərəfli inkişafı üçün yüksək potensiala, təcrübəyə eləcə də böyük dövlətçilik təcrübəsinə malik olan bir liderə sahib olması çox vacibdir. Azərbaycan məhz elə dövlətlərdən biridir ki, onun bu cür yüksək keyfiyyətlərə sahib olan bir lideri vardır və o şəxsiyyət cənab Prezident İlham Əliyevdir. Tarixə nəzər yetirsək şahidi olarıq ki, Azərbaycan öz tarixinin ən güclü mərhələsini yaşayır.

11 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti postuna sayca 8-ci olmaqla növbədənkənar prezident seçkiləri keçirilmişdir. Seçkilərdə vətəndaşların iştirak səviyyəsi 74.3% təşkil etmişdir. Bu isə vətəndaşların seçki prosesində aktivliyinin yüksək olmasından xəbər verir. Şəffaf, azad və demokratik mühitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin yəni, 86,02% səssini qazanaraq Azərbaycan Respulikasının Prezidenti seçilmişdir. Bu seçkidə qazanılan möhtəşəm qalibiyyət əslində Azərbaycan xalqının öz parlaq gələcəyinin təminatı üçün vermiş olduğu qərar idi. Çünki, ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti böyük inkişaf yolu keçərək daha da möhkəmlənmiş, iqtisadiyyatımız daha da artmış, insanların sosial-rifah durumu yaxşılaşmışdır. Dövlətin strateji prioritet xəttini məhz, insan amili, xalqın rifahı və dövlətin milli maraqlarının təmin olunması təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, seçkilərin nəticələri birmənalı şəkildə Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Azərbaycan xalqı müdrik addım ataraq inkişafa, tərəqqiyə, parlaq gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl müxtəlif beynəlxalq və yerli təşkilatlar əhali arasında seçkinin nəticələrinə dair sorğular keçirmişdir. Həmin sorğuların nəticələri rəsmi seçkinin nəticələri ilə eynilik təşkil etmişdir. Bu isə öz növbəsində xalqın iradəsinin seçkilərdə tam şəkildə əks olunduğunu göstərir. Eyni zamanda Böyük Britaniya parlamentinin üzvü Lord Deviz Çarlz Evan seçkilərin nəticəsi haqqında rəy bildirərək qeyd etmişdir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl şəkildə təmin olunmuşdur.

2018-ci ildə keçirilmiş seçkilərin digər tarixi əhəmiyyəti ondan ibarətdir ki, xalq Prezident İlham Əliyevə böyük etimad göstərməklə əslində ölkəmizdə radikallara yox dedi və siyasi mühitin demokratik islahatlar çərçivəsində inkişafını dəstəklədi. Xalq bir daha milli ünsürlərə öz yerini göstərərək onları tarixin tozlu səhifələrinə qərq etdi.

Prezident İlham Əliyevi hər zaman digər liderlərdən fərqləndirən ən önəmli keyfiyyətlərdən biri də onun xalqın qarşısında söylədiyi hər bir sözü tam şəkildə reallaşdıra bilmək bacarığına malik olmasıdır. 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında işğalçı Ermənistana qarşı əks-hücum əməliyyatlarına başlayanda, cənab İlham Əliyev öz dəmir yumruğu ilə bildirirdi ki, Azərbaycan bu haqq savaşında sona qədər gedərək öz torpaqlarını işğaldan azad edəcək.

Xalqı qarşısında tutduğu sözü daima yerinə yetirən xalqın Prezidenti, böyük sərkərdə İlham Əliyev 44 günlük Vətən Müharibəsinin sonunda 30 il işğal altındakı torpaqlarımızın həsrəti içində yaşayan xalqımıza böyük zəfər bəxş etdi.

Azərbaycan 17 il ərzində dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində bütövdür və bundan sonra gələcəyə böyük inkişaf addımları ilə irəliləyəcək.

DİGƏR Xəbərlər Arxiv