YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik Teymur Bünyadovun “Fəxri qazaxlılar” parkında xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının nümayəndələri və partiya fəalları “Fəxri qazaxlılar” parkında görkəmli akademik, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, akademik Teymur Bünyadovun əziz xatirəsini yad ediblər.

Ziyarətçilər akademikin sağlığında ucaldılan büstü önünə tər qərənfillər düzərək, ruhuna dualar oxuyublar.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxışında akademik Teymur Bünyadovun Azərbaycan elminə töhfələrindən, elmi-pedaqoji və ictimai fəaliyyətindən danışıb. Bİldirib ki, Azərbaycan elminin parlaq simalarından olan siyasi xadim, səmimi insan Teymur Bünyadovun vəfatı ölkəmiz üçün ağır itkidir. Vurğulanıb ki, Teymur Bünyadov respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində tarix elmləri doktoru dərəcəsini almış ilk alim olub. Onun fəaliyyəti daha çox Azərbaycanın arxeologiya və etnoqrafiya elmi ilə bağlı idi. Yorulmaz tədqiqatçı 35 monoqrafiyanın və 800-dən çox məqalənin, o cümlədən xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç və s.) nəşr olunmuş əsərlərin müəllifi idi.

T.Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak edib. Görkəmli akademik 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olub. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, həmin müddətdə Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının da sədri olub.

DİGƏR Xəbərlər Arxiv