YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Azad Yolçuyevin xatirəsi anılıb

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Yolçuyev Azad Nizami oğlunun doğum günü uyuduğu məzarı başında qeyd olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, Ərazi Partiya Təşkilatlarının fəalları, şəhid ailələri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidi Yolçuyev Azad Nizami oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhidin ailə üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidimizin ruhuna dualar oxunub.

Daha sonra şəhidin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilərək, şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhid ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv