YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri        

Ümummilli Lider Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş dahi şəxsiyyətdir. Ümummilli Liderin hakimiyyətdə olduğu 35 ildə Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç bir hakimiyyət sahibi etməyib. Keçmiş sovet hakimiyyət mərhələsində də, müstəqillik dövründə də Heydər Əliyev təkrarsız liderlik istedadına malik görkəmli dövlət xadimi olduğunu isbat etmişdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

XXI əsrdə bu siyasəti ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev davam etdirir. 2003-cü il oktyabrın 15-i Azərbaycanda yeni bir epoxanın başlandığı tarixdir. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Cənab İlham Əliyev sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyev öz fəaliyyəti ilə göstərdi ki, dövlətin kiçik və ya böyük olmasının onun liderinin beynəlxalq aləmdə nüfuz və hörmət sahibi olmasına o qədər də təsir göstərmir. Onun həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

2018-ci ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar daha böyük vüsət aldı. Səmərəli və şəffaf idarəçiliyi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti cənab İlham Əliyevin idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim önə çəkilir.Təkcə onu demək kifayətdir ki, son 19 ildə ölkə iqtisadiyyatı dünyada baş verən bir neçə qlobal böhrana baxmayaraq üç dəfədən çox yüksəlib.

Hakimiyyətə gəldiyi ilk gündən İlham Əliyevin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olub. Cənab Prezidentin ölkə iqtisadiyyatının inkişafı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılmasından başlamış mədəniyyətimizin inklişafınadək bütün sahələrdə həyata keçirdiyi siyasətin yalnız bir hədəfi olub – Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, dövlətimizin təhlükəziliyinin, xalqımızın rifahının, Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi, Azərbaycan dövlətinin milli maraqlarının qorunması.

Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Ali Baş Komandanın  rəhbərliyi altında qurulan ordu Ermənistanın üç prezidenti və bir baş nazirinin yaratdığı ordunu 44 gündə darmadağın etdi. Düşmənlə üzbəüz olan Azərbaycan əsgəri hər an Ali Baş Komandanın özünün də onun yanında olduğunu hiss edir, onun dəmir yumruğunun düşmən üçün nə dərəcədə qorxulu oldğunu bilərək daha böyük cəsarətlə irəli gedirdi. Cənab İlham Əliyev bununla mahir təşkilatçılığını da sübut etdi.

Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Xalqı ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 19 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. İnanırıq ki, dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bundan sonra da davam edəcək və xalqımızı xoşbəxt gələcəyə doğru aparacaq.

DİGƏR Xəbərlər Arxiv