YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriyalı iş adamları Qarabağ həqiqətləri ilə tanış olublar

Avstriyalı iş adamları Qarabağ həqiqətləri ilə tanış olublar.

Bunu özünün tviter səhifəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yazıb.

“Azərbaycanın Avstriyadakı Səfirliyinin təşkilatçılığı ilə Vyanada Avstriyanın iş adamları üçün təşkil olunan işgüzar nahar görüşündə iştirak etdik. Görüşdə əməkdaşlıq perspektivlərinin müzakirəsi aparıldı və Qarabağ həqiqətləri ilə tanışlıq baş tutdu”, -deyə Emin Huseynov bildirib.