YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif tədbirlər keçirib

Mart ayının 5-də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Missiya Media Qrupu birgə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif tədbirlər keçiriblər.

YAP Nizami rayon təşkilatının qərargahında keçirilən tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Ələmdar Bafadarov, Nizami rayon Gigiyena və Epidimiologiya Mərkəzinin direktoru Nadir Eyvazov çıxış ediblər.

Tədbirin sonunda YAP-a üzv olmuş bir qrup qadına partiya vəsiqələri təqdim olunub, eyni zamanda, ərazi partiya təşkilatı sədri olan qadınlar və partiya fəalları mükafatlandırılıblar.

Həmin gün Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Missiya Media Qrupunun fəalları birgə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçiriblər. Fəallar Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin analarını, həyat yoldaşlarını ziyarət ediblər. Onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və hədiyyələrini təqdim ediblər.

Ünsiyyət zamanı dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Bildirilib ki, şəhid anaları doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə yerinə yetiriblər.

Şəhid ailələrinin üzvləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.