YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin sədrliyi dönəmində Qoşulmama Hərəkatının müfəssəl fəaliyyət planı hazırlanıb

“Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ermənistandan olan komanda Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olublar. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirlər. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlanmağının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır”. Bu fikirlər Moskvada rusiyalı jurnalistlərlə görüşdə səslənib. Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənabları fevral ayında Moskvaya səfəri zamanı Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə jurnalistləri maraqlandıran bir çox məsələlərə aydınlıq gətirdi. Görüşdə bildirildi ki, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasından indiyədək iki dövlət arasında 200-dən artıq sənəd imzalanıb. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Qeyd olundu ki, imzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini özündə əks etdirir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir.

Azərbaycanda təhsil sahəsində reallaşdırılan layihələrdən danışan Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə 340 məktəbdə rus dilində təhsil verilir. Rus dilində təhsilin qorunması düşünülmüş siyasətdir. Çünki rus dilində təhsil almaq istəyənlərin – həm azərbaycanlıların, həm qeyri-azərbaycanlıların belə imkanları olmalıdır. Statiskaya görə orta məktəblərdə 140 mindən çox, ali məktəblərin rus bölmələrində isə 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır ki, bu da rus dilli məktəblərə yaradılan münbit şəraitdən xəbər verir. Hazırda Azərbaycana qonaq və ya turist kimi gələn hər bir Rusiya vətəndaşı özünü rahat mühitdə hiss edir, dillə bağlı hər hansı problemlə üzləşmirlər. 2019-cu ildə Rusiyanın bir milyon vətəndaşı Azərbaycanda turist kimi səfərdə olub ki, bu da yüksək göstəricidir.

Azərbaycan Rusiyanın və Türkiyənin müttəfiqidir. Azərbaycan qonşusu olan iki böyük ölkə ilə müttəfiqlik münasibətlərinə malikdir. Başqa heç bir ölkə bununla öyünə bilməz. Sirr deyil ki, artıq əməkdaşlığın yeni üçtərəfli formatı da de-fakto formalaşır. Azərbaycan hər zaman verdiyi sözə əməl etməklə həm yaxın qonşularının, həm də tərəfdaşlarının rəğbətini qazanmışdır. Sirr deyil ki, Qoşulmama Hərəkatının son on illərdə ən qüdrətli çağı məhz Prezident İlham Əliyevin sədrliyi dönəmidir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatına müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir. Hərəkat üzvlərinin Azərbaycan sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı həm də Azərbaycanın ədalətə, beynəlxalq hüquqa və multilateralizmə əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində Qoşulmama Hərəkatı ölkələrinin bu etimadını yüksək qiymətləndir və təşkilata sədrliyini uğurla davam etdirir. Həyata keçirilən xarici siyasət kursu, Qoşulmama Hərəkatına rəhbərliyi dövründə Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bir neçə məsələnin BMT tərəfindən qəbul olunması yeni reallıqlardan xəbər verir.

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri