YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun ərazi partiya təşkilatlarının üzvləri ilə görüşü keçirildi

Fevralın 28-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun təşkilatın Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi 10, Biləcəri qəsəbəsi, Y. Hüseynov küçəsi, 7-ci döngə, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi 5, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 75, Biləcəri qəsəbəsi, Natavan küçəsi 1, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsi 4 ünvanlı ərazi partiya təşkilatlarının üzvləri ilə görüşü keçirildi.

Görüşdə Biləcəri qəsəbəsi, Natavan küçəsi 1 ünvanlı ərazi partiya təşkilatının sədri, 300 nömrəli tam orta məktəbin direktoru İradə Xəlilova, Biləcəri qəsəbəsi, X. Məlikaslanov küçəsi 10 ünvanlı ərazi partiya təşkilatının sədri, 284 nömrəli tam orta məktəbin direktoru Nizami Novruzov, Biləcəri qəsəbəsi, Y. Hüseynov küçəsi, 7-ci döngə ərazi partiya təşkilatının sədri, 297 nömrəli  tam orta məktəbin riyaziyyat müəllimi Məzahir Əliyev, Biləcəri qəsəbəsi T. Yaqubov küçəsi, 5 ünvanlı ərazi partiya təşkilatının sədri, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, Biləcəri qəsəbəsi, A. Zeynallı küçəsi 75 ünvanlı ərazi partiya təşkilatının sədr müavini, 299 nömrəli tam orta məktəbin direktor müavini Elyanə Əliyeva, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsi 4 ünvanlı ərazi partiya təşkilatının sədri, 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyeva və partiya üzvləri iştirak edirdilər.

Əvvəlcə iştirakçılar 300 nömrəli tam orta məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxdılar.

Görüşü giriş nitqi ilə açan İradə Xəlilova bütün qonaqları salamladı. Vurğulandı ki, Ali Baş Komandan İlham Əliyevin dəstəyi nəticəsində Yeni Azərbaycan Partiyası ən güclü siyasi qüvvə olaraq, qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilmişdir. Sədrlik etdiyi ərazi partiya təşkilatının fəaliyyəti barədə məlumat verdi. Partiyanın və rayon təşkilatının tapşırıq və tövsiyyələrinə uyğun olaraq ərazi partiya təşkilatının daha da fəal və uğurlu fəaliyyəti istiqamətində səylə çalışdıqlarını nəzərə çatdırdı.

Nizami Novruzov çıxışında qeyd etdi ki, Yeni Azərbaycan  Partiyasının təsisçisi ulu öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin rifahı üçün əvəzsiz xidmətlər göstərib və bu gün ulu öndərin layiqli davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində dövlətimizin mövqeyinin daha da möhkəmləndirilməsinə nail olunub. O, sədrlik etdiyi ərazi partiya təşkilatının bundan sonra məqdsədyönlü fəaliyyət göstərəcəyinə və üzvlərlə sıx ünsiyyətin bundan sonra davam edəcəyinə əminliyini ifadə etdi.

Görüşdə Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər haqqında geniş fikirlərini səsləndirdi. O, Azərbaycanın əzəli torpaqlarının məhz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun həmrəyliyi, əzmi, gücü, hərbi üstünlüyü ilə işğaldan azad olunduğunu diqqətə çatdırdı. Ölkə rəhbərinin ümummilli lider Heydər Əliyevin ən layiqli siyasi varis olduğunu bildirərək Azərbaycanın sadəcə regionun deyil, eləcə də dünya ölkələri arasında vacib faktora çevrildiyini qeyd etdi. Vüsar İsmayılov həmçinin çıxışında partiyanın VII qurultayından ötən müddət ərzində həyata keçirilən islahatlar və tədbirlər barədə ətraflı məlumat verdi. Partiyada aparılan islahatların və struktur dəyişikliklərinin gələcək inkişafa hədəfləndiyini söylədi. Rayon təşkilatları qarşısında qoyulan tapşırıq və tövsiyyələrdən bəhs edərək ərazi partiya təşkilatlarının sədrlərinə müvafiq tapşırıq və tövsiyyələrini verdi.

Daha sonra ərazi partiya təşkilatları üzrə ən fəal partiya üzvləri rayon təşkilatının fəxri fərmanı ilə təltif olundu.

Görüş 300 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında bədii hissə yekunlaşdı.