YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2 fevral - Azərbaycan Gənclər Günü münasibəti ilə Sabirabad rayonunda tədbir keçirilib

2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində Gəncədə silsilə tədbirlər davam edir.

2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə tədbir təşkil olunub.

Sabirabad rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabarov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, dövlət orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Sabirabad rayon Gənclər və İdman İdarəsinin “Gənclər həftəsi” çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra tədbirdə çıxış edən Siraqəddin Cabarov Gənclər Günü münasibətilə gəncləri təbrik edib, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərlə bağlı həyata keçirilən mütərəqqi dövlət siyasətindən danışıb.

Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad rayon nümayəndəliyinin direktoru Rəşad Qurbanov da çıxışlarında ölkəmizin gələcək inkişafında Azərbaycan gəncliyinin əhəmiyyətli rolundan bəhs ediblər.

Sonra 2 fevral - Azərbaycan Gəncləri gününün təsis edilməsinin 25 illiyi münasibətilə Sabirabad rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən 10 gənc müxtəlif nominasiyalar üzrə Sabirabad rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.

Sabirabad Regional Mədəniyyət İdarəsi ötən il ərzində gənclərlə iş sahəsində göstərdiyi fəaliyyətə görə Sabirabad rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanına layiq görülüb.

Tədbirin bədii hissəsində Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil edilən konsert proqramı nümayiş olunub. Həmçinin, Əhmədabad kənd Folklor evinin “Axısxa Halay Türk” folklor qrupunun rəqsləri də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

DİGƏR Xəbərlər Arxiv