YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda gənclər günü münasibətilə sosial aksiya keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Missiya Media Qrupu birgə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə sosial aksiya keçirib.

Tədbir iştirakçıları əvvəlcə Nizami rayonu, Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət ediblər, qəhrəman Vətən övladlarının xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra Nizami rayonu ərazisində yaşayan Vətən müharibəsi qazilərini ziyarət ediblər.

Partiya fəalları qazilərin qayğıları ilə maraqlanıb, sosial yardımlar təqdim ediblər.

Qeyd olunub ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Qeyd edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqəti mərkəzindədir.

Qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.