YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda şəhid leytenant Süleymanlı Kənan Sadıq oğlunun xatirə kompleksinin açılışı olub

Nizami rayonunda Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan leytenant Süleymanlı Kənan Sadıq oğlunun doğum günündə xatirə kompleksinin açılışı olub.

Açılış mərasimdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi, Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, həmçinin şəhid ailələri, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə İkinci Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edib, dualar oxuyub, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra xatirə kompleksinin açılış mərasimində çıxış edən şəhidin atası Sadıq Süleymanlı, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rauf Mehdiyev, tanınmış blogger Kamil Zeynallı, 141 və 145 saylı məktəblərin müəllimləri, şəhidin döyüş yoldaşları 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid leytenant Kənan Süleymanlının qəhrəmanlıqlarından, eləcə də şəhid ailələrinə, qazilərə olan dövlət qayğısından danışıblar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Daha sonra məktəblilər şəhidin xatirəsinə hazırladıqları şeirləri səsləndiriblər.

Qeyd edək ki, şəhid leytenant Kənan Süleymanlı Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin Sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.