YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatı “Milli maraqlar və xarici siyasət” adlı silsilə görüşlər çərçivəsində növbəti görüş keçirib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “Milli maraqlar və xarici siyasət” adlı silsilə görüşlər çərçivəsində növbəti görüş keçirib. “Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətdir” mövzusunda gənclərlə görüşün növbəti qonağı Milli Məclisin deputatı Elnur Allahverdiyev olub.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bildirib ki, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaqla, şəhid olmaqla, qazi olmaqla vətənə olan bağlılıqlarını göstərdilər.

Daha sonra çıxış edən məruzəçi E.Allahverdiyev gənclərin müasir Azərbaycan Respublikasının həyatında göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. Qeyd edib ki, gənclik böyük və tükənməz bir qüvvədir. “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir”.

E.Allahverdiyev gənclərə öz həyat yolunda gördüyü və istifadə etdiyi məsləhətlərini verərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Respublikasının gənclərə diqqəti və qayğısı yüksək səviyyədədir.

Daha sonra müzakirə formatında keçən görüşdə gənclərin sualları cavablandırılıb. Gənclər müxtəlif təkliflərlə çıxış edib.

Sonra il ərzində partiyanın ictimai - siyasi həyatında fəal iştirak etdiyinə görə və 2 Fevral “Azərbaycan Gəncləri Günü” münasibətilə fərqlənən gənclər fəxri fərman və hədiyyələrlə təltif olunub.