YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Anar Məmmədov Naftalanda seçiciləri ilə növbəti görüş keçirib

Milli Məclisin deputatı Anar Məmmədov Naftalan şəhərində seçicilərin növbəti qəbulunu keçirib. Görüş zamanı A.Məmmədov seçicilərin qarşılaşdığı problemləri, onları narahat edən məsələləri diqqətlə dinləyərək, müraciətlər ilə bağlı müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Müraciətlərin əksəriyyəti daha çox su problemi ilə bağlı məsələlər olub. Deputat səlahiyyəti çərçivəsində mövcud məsələlərin həlli üçün aidiyyəti qurumlara müraciət edəcəyini və onların icra vəziyyətini diqqətdə saxlayacağını vurğulayıb.

Görüşdə bir qrup seçici artıq həllini tapmış məsələlərlə bağlı Anar Məmmədova təşəkkürlərini ifadə ediblər.