YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda şəhidlərimizin ailələri ziyarət edilib

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi partiyanın könüllüləri ilə birlikdə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Hümbətov Şahin Əlicuvan oğlu və Zeynalov Nurlan Rafael oğlunun doğum günləri münasibəti ilə şəhidlərimizin ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərimizin döyüş yolundan və göstərdikləri qəhramanlıqlardan danışılıb.

Daha sonra şəhidlərimizin məzarları ziyarət olunaraq, məzarları önünə gül-çiçək dəstələri düzülüb və ruhunlarına dualar oxunub.
Şəhid ailələri diqqət və qayğıya görə ölkə rəhbəri, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.