YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı “Üzeyir Hacıbəyli 72” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Ərazi partiya təşkilatının sədri  hesabat məruzəsi ilə çıxış edərək YAP-ın VI qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar  Nağıyev hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. M.Nağıyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin mühüm əhəmiyyətindən danışıb. Habelə, YAP-ın VII qurultayında qəbul olunan qərarlar, qarşıya qoyulan vəzifələr, öhdəliklər barədə partiya fəallarına məlumat verib.