YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları yekunlaşıb

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları davam etdirilib. Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə və partiyanın yerli təşkilatları haqqında əsasnamənin tələblərinə əsasən keçirilən iclaslarda VI Qurultaydan ötən dövr ərzində görülən işlərə dair hesabatlar verilib, təşkilatların sədrləri və müavinləri seçilib.

YAP Nizami rayon təşkilatının “O.Vəliyev 1”, “Heydər Əliyev prospekti 104”, “Heydər Əliyev prospekti 113”, “Bəhruz Nuriyev 10a”, “Şirin Mirzəyev 159”, “Qara Qarayev prospekti 87”, “A.Manafov küçəsi 5”, “Qara Qarayev prospekti 65a”, “Rüstəmov küçəsi 28”, “Sabir küçəsi 70”, “Davud Aslan küçəsi 2”, “Şirin Mirzəyev küçəsi 64”, “Tofiq Abbasov küçəsi 15”, “Babək prospekti, 269-cu məhəllə, bina 1”, “Heydər Əliyev prospekti 92a”, “Babək prospekti 53”, “Qara Qarayev prospekti 37”, “Mehdi Abbas küçəsi 1”, “2-ci Köndələn küçəsi 2” ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki iclaslarında Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatların ötən dövr ərzindəki fəaliyyətləri müzakirə və təhlil edilib, Vətən müharibəsində qazanılmış parlaq zəfərin mahiyyəti barədə danışılıb. Müharibədən sonra formalaşan yeni reallıqlar fonunda və yeni siyasi konfiqurasiya şəraitində qalib ölkənin iqtidar partiyası kimi Yeni Azərbaycan Partiyasının üzərinə mühüm vəzifələrdən, perspektiv fəaliyyət istiqamətlərindən söz açılıb.

İclaslarda YAP-ın Nizamnaməsində, eləcə də partiyanın yerli təşkilatları haqqında əsasnamədə ərazi partiya təşkilatlarının fəaliyyətini tənzimləyən əsas məqamlar haqqında da ətraflı məlumat verilib. Çıxış edənlər diqqətə çatdırıblar ki, YAP-ın qəbul etdiyi qərarların, irəli sürdüyü təşəbbüslərin əsasında dövlətə, xalqa xidmət dayanır.

Bununla da YAP Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları yekunlaşdırılıb.