YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidi Seymur Abbasovun anım tədbiri keçirilib

Göygöldə Vətən müharibəsi şəhidi leytenant Seymur Müşfiq oğlu Abbasovun anım tədbiri keçirilib.

Anım mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.  

Qeyd edək ki, Seymur Müşfiq oğlu Abbasov 20 may 2000-ci ildə Göygöl şəhərində anadan olub. 2017-2020-ci il tarixlərdə Ali Hərbi Məktəbdə hərbi təhsil alıb. 4-cü kursda oxuyarkən vaxtından əvvəl leytenant rütbəsi verilib və 2020-ci ildə N saylı hərbi hissədə xidmətini davam etdirib. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman döyüş əməliyyatlarında iştirak edib. Seymur Abbasov 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölkə Prezidentinin Sərəncamı ilə Seymur Müşfiq oğlu Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur Döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.