YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əliyevin komandası tərəfindən tərk edilməsi onun lider keyfiyyətlərinə sahib olmadığının birbaşa göstəricisidir

Kənan Kərimov

YAP Gənclər Birliyinin üzvü

2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra ölkəmiz islahatlar dalğasında keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. İslahatlar qısa zaman ərzində iqtisadi, mədəni, sosial sahə ilə yanaşı siyasi sferada da özünü göstərməyə başladı. Cənab prezidentin ölkəmizdə siyasi dialoq mədəniyyətinin formalaşması ilə bağlı təşəbbüsünə cavab olaraq Azərbaycanda olan siyasi partiyaların böyük əksəriyyəti vahid siyasi dialoq platformasında birləşə də, Əli Əliyevin rəhbəri olduğu “Vətəndaş və İnkişaf Partiyası” başda olmaqla bəzi müxalif partiyalar bu təşəbbüsə qoşulmaqdan imtina etdi. Həmin dövrdə bu təşəbbüsün dəstəklənməməsinə müxtəlif bəhanələrlə haqlıqlıq qazandırmağa çalışan Əli Əliyevin bu gün əməllərini və partiya daxilində baş verən böhranları gördükdə  bu kəslərin dialoq mədəniyyəti anlayışına yad olduqları fikri özünü təsdiq edir. Təbii ki, yaratdığı partiyanı diktatura rejimi ilə idarə edən, silahdaş saydığı şəxslərə şübhə ilə yanaşan insanın mədəni dialoq mühitinə töhfə verməsi heç də inandırıcı ola bilməz.

Eyni zamanda, ölkə və millət üçün mühüm əhəmiyyət kəsb edən təşəbbüslərə qarşı çıxan, Vətən müharibəsi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı əsası olmayan, qərəzli fikirlər səsləndirən Əli Əliyevin, komandası tərəfindən tərk edilməsi, cəmiyyət arasında nüfuzunun olmaması onun lider keyfiyyətlərinə sahib olmadığının da birbaşa göstəricisidir.