YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əliyevin xain və diktator mahiyyəti onun 30 illik “karyerası” boyunca qovulmalarına, balaca uşaq kimi küncə qoyulmalarına səbəb olub

“Youtuber Əli Əliyevin hakimiyyət hərisliyindən, kreslo sevdasından doğan aqressiv davranışları, radikal çıxışları, xüsusilə də xalq dəstəyinin olmaması onun diktator mahiyyətini ortaya çıxarır. Nəticəsi odur ki, 30 il bir yolu getmiş insanlar artıq onu tərk edir, partiyasından istefa verir, hətta bundan sonra eyni yolu gedə bilməyəcəklərini də deyirlər. Uzun illərdir Əli Əliyevlə birgə yol getmiş Əliyar Şirməmmədovun VİP sədrinin müavinliyindən istefa verməsi, hətta “Əli Əliyev partiyanı diktatorcasına idarə etmək istəyir” deməsi yenidən bir sıra mətləblərin işıq üzünə çıxmasına səbəb olur”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Əli Əliyevin xain və diktator mahiyyəti onun 30 illik “karyerası” boyunca qovulmalarına, balaca uşaq kimi küncə qoyulmalarına səbəb olub: “Bu, məhz həmin Əli Əliyevdir ki, siyasətə AMİP lideri Etibar Məmmədovun qohumu olduğu üçün gəlib. “Siyasətçi” olaraq da cəmi 3 dəfə gündəmdə olub. İlk gündəmə gəldiyi hadisə onun heç bir haqqı-hüququ olmadan Xalq rəssamı, professor Kamil Əliyevin mirasına iddia irəli sürməsi ilə bağlı olub. İctimaiyyət bu hadisədə onun tamahkar mahiyyətini görüb. Növbəti gündəmə gəldiyi məsələ isə 3 uşaqla qapı arxasında qoyduğu birinci həyat yoldaşının AMİP lideri Etibar Məmmədova onun məişət pozğunluğu və mənəviyyatsızlığı barədə müraciət etməsilə baş tutub. Burada isə insanlar onun nankorluğunu və riyakarlığını müşahidə edib. Nəhayət, sonuncu dəfə mətbuatın diqqətinə fövqəladə qurultay ilə AMİP sədrliyindən qovulması ilə gəlib. Bu prosesdə isə cəmiyyətimiz onun səbatsız, bacarıqsız, sadəcə ambisiyaları potensial imkanlarını aşan birisi kimi sezib. Bu gün isə o, 30 ildir yol gəldiyi Əliyar Şirməmmədovun “Əli Əliyev partiyanı diktatorcasına idarə etmək istəyir” deyərək istefa verməsi ilə gündəmə gəlir. Bu məsələdə isə Əli Əliyevin 30 il ərzində siyasət sahəsində uğursuz olması, iddialarını reallaşdırmağı bacarmaması, hətta bələdiyyə üzvü belə seçilə bilməməsi onun aqressivləşməsinə, radikal fikirlər səsləndirməsinə, partiya daxilində diktator kimi davranmasına, “hər şey mənimdir” mahiyyəti ilə asminoq fəaliyyəti sərgiləməsinə gətirib çıxarıb. Odur ki, ətrafında olan 3-5 nəfər də onun mahiyyətini ifşa edərək istefa verir, Əli Əliyevin ictimaiyyətdən gizlətməyə çalışdığı daxili dağıdıcılıq duyğusunu açıb göstərirlər”.

“Youtuber Əli Əliyev hazırki vəziyyətində diktatorluğu ilə ad çıxarmış bloqqer Əli Kərimlinin taleyini yaşayır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, AXCP-dən də zaman-zaman Əli Kərimlinin avtoritar, diktator mahiyyətinə görə uzaqlaşanlar, istefa verənlər olub: “Onlar Əli Kərimlinin AXCP-yə şəxsi mülkü, çarlığı kimi baxmasını, orada ədalət, demokratiya, şəffaflıq axtarışında olanların təqib edildiyini, təhqir olunduqlarını əminliklə deyirdilər. Bu gün də eyni vəziyyət VİP daxilindədir və Əli Əliyevin müavini olmuş Əliyar Şirməmmədovun onun haqqında dedikləri real vəziyyəti ortaya çıxarır. AXCP-dən Aydın Əliyevin, Qorxmaz Əliyevin, Şəmsi Kəsəmənlinin, Ənnağı Hacıbəylinin təsvir etdikləri Əli Kərimli mahiyyət baxımdan bu gün Əliyar Şirməmmədovun diktator olaraq göstərdiyi Əli Əliyevin psixolojo əkizidir”.