YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatı şahmat turniri keçirib

YAP Kürdəmir rayon təşkilatının və rayon Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə Kürdəmir şəhər məktəbliləri arasında şahmat turniri keçirilib. Turnirdə 8-11 və 12-16 yaş qrupları üzrə məktəblilər iştirak ediblər.

Turnirin sonunda qaliblər mükafatlandırılıb. YAP Kürdəmir rayon təşkilatı sədrinin səalhiyyətlərini icra edən Ağali Kərimli və rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov qalibləri təbrik ediblər.

Qeyd edək ki, turnirdə I, II, və III yerə layiq görülən ümumilikdə 12 nəfər qalib şahmatçılar YAP Kürdəmir rayon təşkilatı tərəfindən fəxri fərmanlarla və hədiyyələrlə mükafatlandırılıblar.