YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub

Noyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı İşçi Qrupunun fəaliyyətini müzakirə ediblər.

Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər, eyni zamanda, 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.