YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada şəhid Əhəd Ağayev anılıb

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının rəhbərliyi və fəalları, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də din xadimləri, ictimaiyyət nümayəndələri, qazilər rayonun Motlayataq  kəndində Vətən müharibəsi şəhidi Ağayev Əhəd Bilal oğlunun şəhadətinin  ildönümü ilə əlaqədar keçirilən anım mərasimində iştirak ediblər.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Əhəd Ağayevin gənclərə örnək olacaq Vətən sevgisi, keçdiyi döyüş yolu barədə söhbət açılıb.

Daha sonra şəhidin məzarı ziyarət edilib, üzərinə tər gül-çiçək dəstələri düzülüb.