YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat seçki iclasları davam etdirilir

         Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları davam etdirilir. Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə və partiyanın yerli təşkilatları haqqında əsasnamənin tələblərinə əsasən keçirilən iclaslarda  ötən dövr ərzində görülən işlərə dair hesabatlar verilir, təşkilatların sədr və müavinləri seçilir.

         02 noyabr 2021-ci il tarixində YAP Pirallahı rayon təşkilatının Yavər Əliyev 38 (168 №-li tam orta məktəb) və Pirallahı qəsəbəsi, 28-ci məhəllə (243 №-li tam orta məktəb) ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki iclaslarında Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

         Ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənildikdən sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.

         Daha sonra gündəlikdə duran ikinci məsələ ilə bağlı iclas iştirakçıları tərəfindən Yavər Əliyev 38 və 28-ci məhəllə ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib. Sevda Alxasova Yavər Əliyev 38 ərazi partiya  təşkilatının sədri, Əbdülxalıq Mustafayev sədr müavini, Famil Hüseynov 28-ci məhəllə ərazi partiya təşkilatının sədri, Məhbubə Vəliyeva sədr müavini seçiliblər.

         İclasların sonunda YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı İlqam Əskərov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.