YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İordaniya parlamentinin ölkəmizlə dostluq qrupunun sədri Zəfər Günü münasibətilə azərbaycanlı həmkarına təbrik məktubu ünvanlayıb

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasında İordaniya-Asiya və Okeaniya ölkələri ilə dostluq qrupunun sədri Əbdülrəhim əl-Maayah 8 Noyabr – Zəfər Günü münasibətilə Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərinə təbrik məktubu ünvanlayıb.

Ölkəmizin İordaniyadakı səfirliyindən verilən məlumata görə, Əl-Maayah məktubunda Ermənistanla 30 illik münaqişənin başa çatması və bölgəmizdə sülhün bərqərar olması münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkəsinin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair qətnamələrini daim dəstəklədiyini qeyd edib.

Dost Azərbaycana inkişaf və tərəqqi arzulayan Nümayəndələr Palatasının üzvü, həmçinin Cənubi Qafqaz bölgəsində sülh, sabitlik və regional inteqrasiyanın zəruriliyini vurğulayıb.

Qeyd edək ki, Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar İsgəndərovdur.